Kerkuk (Kerkük)-Türkman-Az

Turkomans: Diasopra of Azerbaijanian Turks in Iraq- Günéy Azerbaycan, Quzéy Azerbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır

Friday, July 21, 2006


İraq Türkmanları Azərbaycan Türkləridirlər

عراق توركمانلاري آزربايجان توركلريدير


İraq'da yaşayan soydaşlarımız özlərini və bizi Türkman adlandırırlar. Elmi ədəbiyyatda "Türkman" etnoniminin "Tərəkəmə" sözünün cəmi olan "Tərəkəmun"-dan meydana gəlməsini, bə'zilərində isə "Türkmanənd" biçimində işlənməsinə rast gələ bilərik ki, bu da "Türkəbənzər" deməkdir.

Ərəb mənbələrində Türkmanların Türkmənistan, Əfqanıstan və İran'da yaşamış Türkmən tayfası olduğu qeyd olunur. Bununla tarixi faktları təhrif edən Ərəb mənbələri kökündən yanılırlar. "Əsl Türk, ulu Türk" mə'nasını verən Türkmanlar barəsində İslam Ensiklopediyasında deyilir: "İraq Türkmanları, yə'ni Oğuzcanın Azəri Türkcəsini qonuşan Türklər" .

Bə'zən Türk mənbələri Türkmanların Osmanlı Türklərinin bir qolu olduğu barədə fikir söyləyirlər, oxşarlıq kimi Türkmanların dilində Osmanlı Türklərinin leksikonuna məxsus sözlərin olmasını göstərirlər. Düzdür, bu fikirdə bə'zi həqiqətlər var, lakin Türkman yazı dilində Osmanlı Türkcəsinin elementləri özünü göstərməsinə baxmayaraq, xalq dilinə olan nüfuzu qüvvətli olmayıb.

Bə'zi xırda-para fərqləri nəzərə almasaq, İraq Türkmanlarının ləhcəsi Azərbaycan dilindən fərqlənmir. Onlarla söhbət zamanı bunun əyani şahidi olmaq olar. Bütün faktlar, dil, ənənə, musiqi, folklor, mətbəx, inanc və digər eynilik Türkmanların məhz Azərbaycan Türkləri olmasını təsdiq edir.

0 Comments:

Post a Comment

<< Home