Kerkuk (Kerkük)-Türkman-Az

Turkomans: Diasopra of Azerbaijanian Turks in Iraq- Günéy Azerbaycan, Quzéy Azerbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır

Friday, July 21, 2006


Xiristiyan/Məsihi Azərbaycan Türkləri:

Kərkük'dəki "Qala Govurları"

خيريستييان-مسيحي آزربايجان توركلري: قالا گووورلاري


Dadaş Qaraqoyunlu Qızılbaş

İnanan Azərbaycan Türkləri arasında Şiə, Ələvi, Bahayi və Sünniliyi mənimsəyənlerin var olduğu az çox bilinsə də, Xiristiyan/Məsihi Azərbaycan Türklərin haqqında çoxu insanın bilgisi tətmin ediçi deyildir.

Məsihi Türkler Iraq Türklərinin Kərkük'də yaşayan kiçik topluluğudurlar. Obir Türklərin "Qala Govuru" adlandırdıqları bu Xiristiyan/Məsihi Türklərin sayısı əvvəllər 30.000 nəfər ətrafında olsa da, bugün Kərkük'dakı cəmi sayılarının təqribən 5.000 nəfər olduğu guman edilir. Bunların Kərkük'də "Mar Yusuf" (Şatırlı Məhəlləsində) və "Qırmızı Kilisə" (İskan Məhəlləsində) adında iki də kilisəsi vardır.

Aşağıda onların Mədrəşlərindən (=Saldlamaq) birini verirəm. Bu Mədrəşlər, Türk Məsihilerin ölüləri üçün kilisələrində uzun hava tərzində oxuduqları İlahilərdir.

Gənc Qızlar üçün Mədrəş

Ya Rəbbi-r Rəhman ki haqdır fərzin
Əfv et ya Hənnan bu bakirə qızı!

Məcdəli* minbərdə ey göy sultanı
Görək caariyəvi və mo'min cani

Aləmdən çıxdı xəyali məstur
Qisməti qalxdı vermədi səbir

Sənden əmr çıxdı olundu dəstur
Movla qəbul etdi məskəni qəbir

Gənclik ömründə olundu fərman
Qalmasın zindanda bir müddət zaman

Hər vaxt hər gündə eylədi fiqan
Rəbbim qarşıvda olmasın peşman!

Sara Xatun'a sən yoldaş eylə!
Rifqə gəlinə sən bacılıq eylə!
Hanna Əlişuva'ya** sən gumandaş eylə!
Şərif günündə suçun bagış eylə!

*Məcdəli=Maqdalena
**Əlişuva=Elizabet

0 Comments:

Post a Comment

<< Home