Kerkuk (Kerkük)-Türkman-Az

Turkomans: Diasopra of Azerbaijanian Turks in Iraq- Günéy Azerbaycan, Quzéy Azerbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır

Monday, December 22, 2008

Kərkükdə Türk dili rəsmi dil oldu

Kərkükdə Türk dili rəsmi dil oldu



Bu qərarla Türk dili Osmanlı İmperiyasının süqutundan sonra ilk dəfə olaraq İraq ərazisində rəsmi dil kimi təsdiq olunub

Kərkük Ümumi Məclisi Türk dilini bölgə rəhbərliyinin rəsmi dilləri arasına qəbul edib. Məclisin Türkmən millət vəkillərinin təzyiqi nəticəsində Türk dili “Latın əlifbası” ilə qəbul edilib. Kərkükdə çıxarılan bu qərarla Türk dili Osmanlı İmperiyasının süqutundan sonra ilk dəfə, İraq ərazisində rəsmi dil olaraq təsdiq olunub. Dekabrin 23-də Kərkükdə keçiriləcək mərasimlə Türk dilində yazılmış “Kərkük Valiliyi” yazısı Kərkük İcra Hakimiyyətinin binasına asılacaq. Siyasi analitiklər Kərkük Məclisinin atdığı bu addımı neft qaynaqları səbəbindən strateji ərazi kimi qiymətləndirilən Kərkükün siyasi gələcəyində türkmənlərin ərəb və kürdlərlə bərabər haqqlara sahib olacağı şəklində şərh edirlər.

İndiyə qədər Kərkük rəhbərliyində rəsmi dil olaraq ərəb və kürd dilləri istifadə olunurdu.


12:04 / 22.12.2008

0 Comments:

Post a Comment

<< Home