Kerkuk (Kerkük)-Türkman-Az

Turkomans: Diasopra of Azerbaijanian Turks in Iraq- Günéy Azerbaycan, Quzéy Azerbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır

Sunday, December 18, 2011

Türkiyǝ devlǝti, Suriyǝ Türklǝrinin haqalarının qarantiyǝ alınmasını gündǝmǝ gǝtirmǝlidir

Mehran Baharlı



http://bayirbucaq-az.blogspot.com/2011/12/turkiy-devlti-suriy-turklrinin.html

Gǝnǝl olaraq Suriyǝ`dǝ Bǝşar Əsǝd rejiminin çöküşü, Azǝrbaycan, İraq vǝ İranda yaşayan Türk xalqının xeyrinǝdir. Bu bir yandan, bölgǝdǝ ırqçı Fars yayılmaçılığın önünü kǝsǝcǝkdir. Ötǝ yandan kökdǝndinçi İran devlǝtinin yaratmaq istǝdiyi Şii hilalını ortadan ikiyǝ budayacaqdır. Bu açıdan Türkiyǝ devlǝtinin Bǝşar Əsǝd`in iqtidardan uzaqlaşmasını istǝmǝsi vǝ gǝnǝl olaraq da Suriyǝ siyasǝti doğrudur. Burada tǝk ǝksik olan şey, Suriyǝ`dǝ yaşamaqda olan Türk xalqının durumu ilǝ ilgilǝnmǝsidir.

Suriyǝ`dǝ Türk etnik antitesinin aktiv vǝ haqlarına qavuşmuş milli bir qurup olaraq ortaya çıxması, Türkiyǝ`nin dǝ, Azǝrbaycan Cumhuriyǝtinin dǝ milli çıxarlarına uyqun olduğu kimi, Iraq vǝ İranda yaşayan Türk xalqının milli savaşımlarına da kömǝk edǝcǝkdir.

Türklǝr, Suriyǝ`nin Ərǝb vǝ Kürdlǝrdǝn sonra sayıca üçüncü böyük etnik qurupudurlar. Ancaq onların tǝrsinǝ bir etnik qurup olaraq milli bilincdǝn yoxsundurlar. Suriyǝ Kürdlǝrinin otuzu aşqın aktiv siyasi partilǝri olmasına qarşın, Suriyǝ Türklǝrinin tǝk bir siyasi partisi yoxdur. Suriyǝ Kürdlǝrinin bu ölkǝnin olayları ilǝ ilgili xǝbǝrlǝrdǝ sıx sıx adları geçmǝlǝrinǝ qarşın, Suriyǝ Türklǝri bu ölkǝnin siyasi olay vǝ xǝbǝrlǝrindǝ heç bir yerǝ sahib deyildirlǝr.

Bu durumun ortaya çıxması nǝdǝnlǝri arasında, Türkiyǝ Cumhuriyǝti qurulandan sonra bu devlǝtin İran, İraq vǝ Suriyǝ`dǝ yaşayan Türklǝri yox sayması, onların bu devlǝtlǝr tǝrǝfindǝn asimile edilmǝsinǝ göz yumması vǝ hǝtta bunu olumlu qarşılamasıdır. Türkiyǝ Cumhuriyǝti qurulan gündǝn bǝri, bu ölkǝlǝrdǝ Ərǝblǝşdirmǝ vǝ Farslaşdırma siyasǝtlǝrinin Kürdlǝrin asimile edilmsinǝ nǝdǝn olacağı, bunun da Türkiyǝ`dǝ yaşayan Kürdlǝrin asimile edilmǝsini qolaylaşdıracağı vǝ Kürd milli hǝrǝkǝtinin oluşmasını ǝngǝllǝyǝcǝyini düşünmüşdür.

Siyasi baxımdan Suriyǝ Türklǝri Osmanlı olmalarına qarşın, dil vǝ soy baxımından daha çox Güney Azǝrbaycan vǝ İran Türklǝrinǝ yaxındırlar. Ancaq İranda Türk xalqı özü ağır biçimdǝ asimile olunduğundan vǝ hǝr hansı bir siyasi güc vǝ devlǝt qurumuna yiyǝ olmadığından dolayı, bunların Suriyǝ Türklǝri ilǝ ilgilǝnmǝlǝri söz qonusu olmamışdır. Bütün bunlara rǝğmǝn son günlǝrdǝ Tǝbrizdǝ Türk gǝnclǝrinin anti Bǝşar Əsǝd göstǝrisi yapması, Güney Azǝrbaycan Türk gǝncliyinin nǝ dǝnli bilincli olduğunun qanıtıdır.

Azǝrbaycan Cumhuriyǝtinǝ gǝlincǝ, bağımsız bir devlǝt olmasına rǝğmǝn, milli kimlik açısından ora da kimliksizlǝşdirilmiş vǝ öz Türk milli-etnik kimliyi yerinǝ Rusiya Komunist Partisinin uydurduğu Azǝrbaycanlı milli – etnik kimliyini mǝnimsǝmişdir. Bu uyduruq vǝ qondarma milli-etnik kimlik dǝ topraq ǝsaslı olduğu üçün, sınırlı bir coğrafiya dışında qalan Türk xalqımızın böyük bir bölümünü yad vǝ yabancı milli-etnik quruplar olaraq görmüş vǝ Suriyǝ daxil, İraq, Türkiyǝ`nin doğu vǝ güneyi, İran`ın orta vǝ güney ilǝ quzey doğusunda yaşayan Türk xalqımızı ayrı etnik quruplar olaraq alqılamış vǝ dolayısı ilǝ onların sorunlarını da öz sorunları olaraq görmǝmişdir. Bu nǝdǝnlǝ dǝ Azǝrbaycan Cumhuriyǝti son olaylarlar sırasında Suriyǝ`dǝ yaşayan Türk xalqı ilǝ ilgilǝnmǝmişdir. (Buna qarşın, Ermǝnistan hǝr zaman Suriyǝ Ermǝnilǝri ilǝ ilgilǝnmiş vǝ onlardan Suriyǝ devlǝti vǝ toplumunu öz milli çıxarları doğrultusunda etgilǝmǝk aracı olaraq başarılı biçimdǝ yararlanmışdır. Son dönǝmdǝ Suriyǝ müftüsünün Qarabağ`ın Ermǝnilǝrǝ aid olmasını söylǝmǝsi, bu acı gǝrǝçǝyin sonucudur).

Bu durumda Suriyǝ Türklǝri ilǝ ilgilǝnmǝsi gǝrǝkǝn bircǝ devlǝt vǝ güc, ginǝ dǝ Türkiyǝ devlǝtidir.

Turkiyǝ devlǝti Sǝddam rejimi yıxılınca yanlış davranmış vǝ çǝkingǝn bir siyasǝt izlǝmişdir. Bundan dolayı aktiv olaraq İraq Türklǝri ilǝ ilgilǝnmǝmiş. Ayrıca İraq`ın bölünmǝsi vǝ Kürd devlǝtinin ortaya çıxmasından qorxaraq, İraq Türklǝrini İraq`ın bütünlüyünü savunmağa hǝtta İraqda federalismǝ qarşı olmağa mǝcbur etmişdir. Bu yanlış siyasǝtlǝr sonucunda Sǝddam devrilincǝ bir yandan İraq Türklǝri yeni qurulan düzǝndǝ bütün etnik vǝ milli haqlarından mǝhrum edilmiş, bir yandan da Kürd federe devlǝti qurulmuş vǝ Türkiyǝ bu devlǝti heç bir imtiyaz almadan tanımaq zorunda qalmışdır.

İraqda yapılan yanlışlıqlar vǝ bu ölkǝdǝ yaşayan Türklǝrin acı sonunun Suriyǝ Türklǝrinin başına gǝlmǝmǝsi üçün, bugün Türkiyǝ devlǝti Bǝşar Əsǝd rejimi qarşıtlarına verdiyi sonsuz vǝ qoşulsuz dǝstǝyin yerinǝ, bu dǝstǝyi Suriyǝ Türklǝrinin etnik vǝ milli haqları vǝ ǝn başda özlǝrini yönǝtmǝ haqqının tanınmasına qoşullandırmalıdır.

Suriyǝ Türklǝrinin yerǝl devlǝti, gǝlǝcǝk Suriyǝdǝ qurulacaq olan yerǝl Kürd devlǝtini dǝ dǝngǝlǝyǝcǝk bir antitǝ olacaqdır. Bu üzdǝn dǝ Türkiyǝ devlǝti Suriyǝli Ərǝb opozisiyonla görüşmǝlǝrindǝ, bu ölkǝdǝ Kürd yerǝl devlǝtinin qurulabilmǝsini dǝ eyni biçimdǝ Suriyǝdǝ bir Türk yerǝl birimin qurulmasına qoşullandırmalıdır.

Bu doğrultuda Türkiyǝ devlǝti aktiv vǝ yeyin biçimdǝ Suriyǝ Türklǝrini siyasi olaraq hörgütlǝnmǝyǝ tǝşviq etmǝlidir.

Eyni bağlamda Türkiyǝ devlǝti Diyanǝt İşlǝrindǝ iki Əlǝvi vǝ Cǝ`fǝri bölümlǝrini yaratmalı vǝ bölgǝdǝ yaşayan Əlǝvi vǝ Cǝ`fǝri Türklǝrin, özǝlliklǝ İran, İraq vǝ Suriyǝdǝ olanların dini işlǝrini bu iki birimin yönǝtimi altına vermǝlidir. Bu önlǝm İran, İraq vǝ Suriyǝdǝ yaşayan Türk Əlǝvi vǝ Cǝ`fǝrilǝrin Fars İran devlǝti tǝrǝfindǝn Şiǝlǝşdirilmǝsi vǝ daha sonra Fars yayılmaçılığı doğrultusunda maşa kimi qullanılmalarını ǝngǝllǝyǝcǝkdir.

0 Comments:

Post a Comment

<< Home